AHİK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirə qatılan həmkarlar ittifaqının üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimi açan AHİK-in sədr müavini Aqil Dadaşov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizin ağır günlərində hakimiyyətə qayıdışından sonra respublikamızda vətəndaş müharibəsinin qarşısının alındığını, onun yürütdüyü uğurlu daxili siyasəti nəticəsində xalqla hakimiyyətin daha da yaxınlaşdığını, qısa müddətdə iqtisadi yüksəlişə nail olunduğunu xatırladıb.
Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB