Millət vəkili Qənirə Paşayeva və Türkiyənin tanınmış şairi gənclərlə görüşüb - FOTO
"Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış şairi, professor Nurullah Gənc Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunu (GYF) ziyarət edib, müxtəlif universitetlərdə təhsil alan gənclər qarşısında "Milli-mənəvi dəyərlərimizdə ədəbiyyatın rolu və gənclik" mövzusunda geniş və ətraflı məruzə ilə çıxış edib. Daha sonra Nurullah Gənc gəncləri maraqlandıran suallara cavab verib.
SİA-nın məlumatına görə, görüşdə millət vəkili Qənirə Paşayeva, "Şöhrət" ordenli şair Məmməd Aslan, yazıçı-publisist Əkbər Qoşalı, Gəncliyə Yardım Fondunun rəhbərliyi iştirak edib.
Tədbirin sonunda Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim Nurullah Gəncə Fond adından "Təşəkkürnamə" təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB