Əli Abbasov: “İnternetdə heç bir problem olamayacaq\"

"Eurovision" mahnı müsabiqəsi ilə bağlı planlaşdırılmış proqram üzrə işlər həyata keçirilir və telekommunikasiya, radio, televiziya verilişlərində, eyni zamanda internetdə heç bir problem olmayacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə verdiyi açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

O qeyd edib ki, müsabiqə ilə əlaqədar ən mürəkkəb sistem sayılan radio-televiziya sistemi artıq bu gün təhvil verilir. Bundan sonrakı günlər isə müəyyən və ya qeyri-müəyyən, gözlənilməyən problemlərin qarşısının almaq üçün testlərə başlanacaq: "İnternet tamamilə hazırdır və istifadəyə veriləcək. Həmçinin mobil operatorlar üzərinə düşən işləri artıq tamamlayıblar. "Eurovision"un veb-saytı öz normasında işləyir. Bundan sonra bizim əsas vəzifəmiz sistemin dayanıqlığı və onun etibarlılığını, həmçinin baş verə biləcək müəyyən kiberhücumların qarşısının almaq üçün tədbirlərin görülməsidir",- deyə nazir sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə