Kəmaləddin Heydərov zəlzələ bölgəsinə gedib

Kəmaləddin Heydərov zəlzələ bölgəsinə gedib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ baş verən regiona gedib. FHN-dan SİA-ya verilən məlumata görə, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 10:38 və 10:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə təkrar yeraltı təkanlar qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 4,3 və 4,5 bal olub. Yeraltı təkanlar Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunub. Tələfat, xəsarət alanlar və dağıntı barədə məlumat verilmir. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə