Kəmaləddin Heydərov Zəlzələ bölgəsindədir

Kəmaləddin Heydərov Zəlzələ bölgəsindədir
Azərbaycanın şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalaya səfər edib. FHN-in rəsmi saytının məlumatına görə, nazirlik yeraltı təkanların Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunduğunu bildirir. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub. Qeyd edək ki, Zaqatala baş verən ilk zəlzələ bu gün saat 09.40-da rayon mərkəzindən 17 km cənub-qərbdə 5,5 maqnitudada 10-12 km dərinlikdə qeydə alınıb. Bunun ardınca daha iki zəlzələ olub.

Bütün xəbərlər Facebook səhifəmizdə