Elnur Aslanov: \"Bu günün gəncləri Azərbaycanı parlaq gələcəyə aparan qüvvədir\" - MÜNASİBƏT

Elnur Aslanov: \"Bu günün gəncləri Azərbaycanı parlaq gələcəyə aparan qüvvədir\" - MÜNASİBƏT
\"Bu günün gəncləri Azərbaycanı parlaq gələcəyə aparan qüvvədir və Azərbaycan dövlətinin də məqsədi təşəbbüskar və vətənpərvər gəncliyin formalaşmasıdır\". SİA-nın verdiyi xəbərə gorə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "İrəli" İB-nın II Hesabat-Seçki Konfransında çıxışı zamanı deyib.

O, demokratik qaydalara riayət etməklə geniş ictimaiyyət qarşısında hesabat-seçki konfransı keçirməsini gənclər təşkilatlarının tarixində yadda qalan hadisə kimi xarakterizə edib. E.Aslanov gənclərə xitabən deyib ki, bu gün həmin tədbirdə iştirak edən gənc nəslin nümayəndələri Cavanşirin, Tomrisin, Fətəli xan Xoyskinin, Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin, Heydər Əliyevin övladlarıdır. A.Aslanov qeyd edib ki, bu günün gəncləri Azərbaycanı parlaq gələcəyə aparan qüvvədir və Azərbaycan dövlətinin də məqsədi təşəbbüskar və vətənpərvər gəncliyin formalaşmasıdır.

E.Aslanov çıxışında gənclərin işlə təminatı sahəsində həyata keçirilən layihələr, Azərbaycanın regiondakı rolu və çəkisi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar niyyəti haqqında da danışıb: "Bu gün əsas problemimiz Dağlıq Qarabağdır. Ermənistanla müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycanda 30 min erməni var. Çünki yaradılanı sevirik, Azərbaycan yaradılanlar vətənidir. Ancaq danışıqlar prosesi torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmasa, hər birimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımız uğrunda vuruşan əsgərlərik. Çünki vətəni qorudunsa, sənindir - qorumadınsa, göz dağındır".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com