BMT-nin baş katibi 2011-ci ildə prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın əhəmiyyətli olduğunu, bunun Azərbaycanda demokratiyanın inkişafına xüsusi dəstək verdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə terrorizmə qarşı mübarizə mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsinə BMT baş katibi tərəfindən verilən qiymətə görə təşəkkür edib. Dövlət başçısı Azərbaycanın terrorizmə qarşı mübarizədə və antiterror koalisiyasının tərkibində ilk günlərdən fəal iştirak etdiyini, ölkəmizin bundan sonra da terrorizmə qarşı mübarizədə fəal olacağını vurğulayıb.
Dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi sahələrdə həyata keçirdiyi genişmiqyaslı islahatlar, demokratiyanın təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Pan Gi Mun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair proseslərlə bağlı Prezident İlham Əliyevin fikirləri ilə maraqlanıb. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində meydana gələn bu münaqişənin həlli ilə bağlı bir daha ölkəmizin mövqeyi barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB