YAP “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirəcək

YAP “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirəcək

Yeni Azərbaycan Partiyası mayın 5-də "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda konfrans keçirəcək. SİA-nın xəbərinə görə, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.


Konfransın plenar iclasında Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda məruzəsi dinləniləcək. Konfrans daha sonra öz işini bölmə iclasları ilə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə