Müşviq Ələsgərli: “Beynəlxalq media təşkilatlarının açıqladığı azadlıq indeksi subyektiv fikirlərdir” - AÇIQLAMA
Onun sözlərinə görə, əgər söhbət beynəlxalq mediya təşkilatlarının tərtib etdikləri retinq cədvəllərinin və dünyada söz azadlığı indekslərinə aid hesabatlarından gedirsə burada bir təsnifat aparılması mütləqdir: "Bu gün sıralama aparsaq görərik ki 10-a yaxın beynəlxalq səviyyəli təşkilatlar bu istiqamətdə işlər aparır. Lakin təəssüf ki, sadaladığımız mediya qrumları içərisində müəyyən mediya quruluşları da var ki, müxtəlif dövlətlərin və donor təşkilatların maliyə asılılığındadırlar və bu səbəbdən də həmin qurumların sifarişlərini yerinə yetirmək məcburiyyətindədirlər. Son həftə ərzində yəni 25 aprel tarixində "Sərhədsiz Reportyorlar" dünya mediyasının azadlıq indeksini açıqladılar. May ayının 1-də isə "Freedom House" təşkilatı özünün hazırladığı mediya indeksini açıqladı. Qeyd edim ki, bu təşkilatlar mediya azadlığını 3 əsas kateqoriyaya bölürlər: azad ölkələr, yarım azad ölkələr və azad olmayan ölkələr. Diqqətinizi qeyd etdiyimiz təsnifatların müqayisəsinə çəkmək istəyirəm. Belə ki, "Sərhədsiz repartyorlar" 176 dünya dövlətini monitorinqə cəlb ediblər. Bu açıqlamada Ermənistan 77-ci yerdə, Azərbaycan isə 167 ci pillədə göstərilir. "Freedom House" isə 197 ölkəni monitorinqə cəlb edərkən Ermənistanı 149-cu yerdə, Azərbaycanı isə 172-ci pillədə göstərdiər. Hər iki təşkilatın göstəricisi arasında təkcə Ermənistanın üzərində 72 pillə fərq var. Yəni burada subyektiv yanaşmalar çoxdur. Necə ola bilər ki, eyni ayda keçirilən bu sorğular arasında bu qədər fərq yaranıb. Təəssüf ki, qiymətləndirmə meyarları arasında inkişaf meyilləri göstərilmir. Bu da hansısa maraqlardan irəli gələn faktorlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB