Qənirə Paşayeva: “Torpaqlarımızı özümüz hərbi yolla azad edəcəyik” - MÜNASİBƏT

Qənirə Paşayeva: “Torpaqlarımızı özümüz hərbi yolla azad edəcəyik” - MÜNASİBƏT

Milli Məclisin Şuşanın işğalının 20-ci ili ilə bağlı müzakirələrində çıxış edən deputat Qənirə Paşayeva şəhəri Azərbaycanın döyünən qəlbi adlandırıb. O, türk dövlətlərinə səslənərək onları məhz bu işğal faktına dair bəyanat verməyə çağırıb. "İslam Konfransı Əməkdaşlıq Təşkilatından da mövqe gözləyirik. Onlar tək açıqlama, bəyanat verməməli, Ermənistanla əlaqələrinə yenidən baxmalıdırlar".


Q.Paşayeva YUNESKO-ya çağırış edib. Bildirib ki, ermənilər Şuşada azərbaycanlıların izlərini silməyə çalışır, qəbiristanlıqlarını dağıdırlar: "Mədəni soyqırımı gedir. Beynəlxalq təşkilatların torpaqlarımızı işğaldan azad edəcəyinə inanmırıq. Torpaqlarımızı özümüz hərbi yolla azad edəcəyik. Mən bir vaxt jurnalist olanda ermənilərin təmsilçisi demişdi ki, Şuşasız azərbaycanlıların sayı azalacaq, Şuşada doğulan ermənilərin sayı artacaq və bu, ermənilərin lehinə işləyən amil olacaq. Mübariz İbrahimov göstərdi ki, Biləsuvarda doğulan gənclərimiz də torpaqlarımızı unutmur".


Deputat Q.Paşayeva həmçinin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanunun qəbulunu da vacib sayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə