DGK xarici nömrəli maşınların Azərbaycana buraxılmaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
Azərbaycan Dövlət Gömrük Komitəsi sosial mediada "Eurovision-2012" müsabiqəsi ilə əlaqədar xarici nömrəli maşınların Azərbaycana buraxılmaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, hansısa avtomaşınlara qadağa qoyulması müzakirə olunmayıb: "Eurovision"un keçirilməsinin öz qaydaları var. Ölkənin öz daxili qaydaları var. Hər hansı məhdudiyyətin qoyulması nəzərdə tutulmayıb".
Rusiya istehsalı olan "VAZ-2107" markalı avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulmasına gəlincə komitə sədri: "Rusiya istehsalı olan "VAZ-2107" markalı avtomobillərin idxalının qadağan olunması Azərbaycanın ümumi idxal bazarına təsiri ilə bağlı hesablama aparılmayıb. Bu bazardır və bazarın tələbatı var. Təbii məsələdir ki, kimsə maşın tapmırsa, Rusiya istehsalı olmasa da başqa ölkənin istehsalı olan maşını alacaq. Düşünmürəm ki, proqnozun yerinə yetirilməsində hansısa problem yarana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB