Avropanın Gənclər Təşkilatları Bakıda toplandı-FOTOSESSİYA

Avropanın Gənclər Təşkilatları Bakıda toplandı-FOTOSESSİYA

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Finlandiya, İsveç, Rusiya, Gürcüstan, Latviya və İtaliyada fəaliyyət göstərən yerli milli şuraların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə əsas məqsəd Avropa İttifaqı və Şərqi Avropa ölkələrinin milli şuraları arasında əlaqələrin möhkəmlənməsi və problemlərin birgə həlli üçün ümumi strategiyanın müəyyən edilməsidir. Tədbirə Avropa ölkələrindən olan 10 nümayəndə qatılıb. Toplantını giriş sözü ilə ARGT Milli Şurasının baş katibi Orxan Ərəbov açaraq bildirib ki, Azərbaycan və Avropa gəncləri arasındakı ikitərəfli əlaqələr hazırda yüksək mərhələdədir. Tədbirin moderatoru Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, koordinatoru isə Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi Nail Əbilov olub. Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası 1997-cu ildən Avropa Gənclər Forumunun üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə