BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib

BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib

BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib. SİA-nın xəbərinə görə, bu ay ərzində BMT TŞ-nin əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaq. Eyni zamanda Şuranın terrorçuluğa qarşı mübarizəyə həsr olunan iclasının keçiriləcəyi də gözlənilir.

Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev isə BMT radiosuna müsahibəsində verərkən bildirib ki, may ayı üçün Təhlükəsizlik Şurasının proqramı tam razılaşdırılmasa da bəzi məsələlər əsas müzakirə mövzusu olacaq: "Burada Yaxın Şərq problemi, Balkanlarda vəziyyət və Suriyadakı vəziyətin həlli, nüvə silahının yayılmasının qarşısını almaq, beynəlxalq terrorçuluğa qarşı mübarizə diqqət mərkəzində olacaq".

Səfir həmçinin bildirib ki, Azərbaycan BMT TŞ-də beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzusu ilə əlaqədar xüsusi diskussiyalar keçirmək niyyətindədir. İclasa Azərbaycan prezidenti İlham Əliyevin sədrlik edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə