Bu gündən Azərbaycan telekanallarında əcnəbi serialların yayımı dayandırılıb. SİA-nın xəbərinə görə, Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün Milli Televiziya və Radio Şurasının qoyduğu müddət ötən gün başa çatıb.
Bu günə kimi telekanallarda 20 serial yayımlanır. Bu seriallardan 13-ü türk, 7-si isə hind və Latın Amerikası ölkələri serialıdır. ANS, "Space", ATV və "Xəzər"in hər birində 4, İTV və "Lider" kanallarında isə 2 xarici serial yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB