Türkiyə baş nazirinin müavini Əli Babacan İğdırda səfərdə olarkən Ermənistanla Türkiyə arasında İsveçrənin Sürix şəhərində imzalanan protokolun yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra parlament tərəfindən ratifikasiya olunacağını bildirməsi işğalçı dövlətin bütün siyasi rəhbərliyini əməlli-başlı silkələyib. SİA-nın verdiyi məlumata görə, Babacana ilk reaksiyanı Ermənistan prezidenti göstərib.
Xocalıya hücum planını hazırlayan, soyqırımı törədən və bu faciənin birbaşa iştirakçısı olan Sarkisyan "Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində nə işi var" deməklə Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində kənarda dayanması mesajını göndərir. Əslində Sarkisyan münaqişənin həllinin yaxınlaşdığını hiss edir. Buna görə də gözlənilən toqquşmadan, daha doğrusu II Qarabağ savaşından az itki ilə çıxmaq arzusunu gizlətmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB