Bahar Muradova: “Sarkozi Fransanın ATƏT-də həmsədirliyini şübhə altına alır”

Bahar Muradova: “Sarkozi Fransanın ATƏT-də həmsədirliyini şübhə altına alır”

"Sarkozi qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməklə Fransanın ATƏT-də həmsədrliyini şübhə altına alır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Onun sözlərinə görə, Sarkozi hələ prezidentliyə namizəd olmamışdan əvvəl onun ermənipərəst olması açıq-aydın görünürdü: "Nəzərə alsaq ki, prezidentlik postu uğrunda Fransada kampaniya davam edir, bu səbəbdən də hər kəs erməni faktorundan öz məqsədi üçün yararlanmaq istəyir. Sarkozi də bunu daha açıq şəkildə edir. Onun açıqlamaları o həddə gəlib çatıb ki, artıq pərdələmək mümkün deyil. Hesab edirəm ki, , bu mövqeyi ilə ATƏT-də həmsədirliyini şübhə altına alır".

Bütün xəbərlər Facebook səhifəmizdə