Sabaha ölkədə hava 28 dərəcə isti olacaq

Sabaha ölkədə hava 28 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 29-da hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, temperaturun gecə 11-16° isti, gündüz 22-27° isti, Bakıda gecə 13-15° isti, gündüz 25-27° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaqdır.


Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 10-15° isti, gündüz 24-29° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 6-11° isti, gündüz 17-22° isti olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 11-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 6-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 11-16° isti, gündüz 24-29° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, dağlarda duman olacaqdır. Temperaturun gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə