Bu ilin aprel ayının 30-da Şəki rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah saat 08.00-dan etibarən "Cəfərabad" Avtomatik Qazpaylayıcı Stansiyasından Şəki rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri müddətində Şəki rayonuna təbii qazın verilməsində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB