Casuslarla bağlı xüsusi qərar verildi

Casuslarla bağlı xüsusi qərar verildi

ABŞ-nin gizli xidmət əməkdaşlarına işə başlamazdan ən azı 10 saat əvvəl alkoqollu içki içmək və qaldıqları otelə başqa ölkənin vətəndaşını gətirmək qadağan olunub. "Assoşeyted Press" agentliyi xəbər verir ki, bu barədə gizli xidmətin rəhbərləri əmr imzalayıblar.


Sənədə əsasən, casuslara hər hansı bir mübahisə doğura biləcək obyektlərə getmək də yasaq olunub. Hərhəçnd söhbətin konkret olaraq hansı obyektlərdən getməsi barədə xəbər verilmir.


Məlumata görə, əməkdaşların xarici dövlətlərdə ezamiyyətdə olarkən yeni qaydalara əməl etməsi mütləqdir. Yüksək vəzifəli şəxsləri mühafizə edən casuslara isə, ümumiyyətlə, spirtli içki içmək olmaz, əmrdə belə deyilir.


Gizli xidmətin rəhbəri Mark Sallivan son vaxtlar Kolumbiyada yaşananları xatırladaraq əməkdaşları belə halları bir daha təkrarlamamağa çağırıb.


Xatırladaq ki, Kolumbiyada casuslarla yerli fahişələr arasında baş verən qalmaqalda 12 gizli xidmət əməkdaşının və 12 amerikalı hərbçinin adları hallarındı. Araşdırmalardan sonra 8 casus vəzifələrindən kənarlaşdırılmışdı.


Bu arada bəlli olub ki, oxşar hadisə 2011-ci ildə prezident Barak Obamanın Salvadora səfəri zamanı da baş verib. Amma gizli xidmət Kolumbiyadakı olayın yeganə olduğunu bildirib./168.az/

Bütün xəbərlər Facebook səhifəmizdə