İran rəsmisi: "ABŞ-ın qırıcı təyyarə daşıyan hərbi gəmilərini məhv etmək çox asandır"

İran rəsmisi: "ABŞ-ın qırıcı təyyarə daşıyan hərbi gəmilərini məhv etmək çox asandır"

"ABŞ-ın qırıcı təyyarə daşıyan hərbi gəmilərini məhv etmək çox asandır. Onların hazırlanmasında ən müasir texnologiya istifadə edildiyindən içərilərində kiçik bir bombanın partlaması da yetərlidir ki, sistem tamamilə çöksün". Bu fikri İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə səsləndirib.


Ə.Hacızadənin yerli Fars agentliyinə açıqlamasında bildirdiyinə görə, İran Birləşmiş Ştatların qırıcı təyyarə daşıyıcılarından görüntüləri sadə pilotsuz təyyarələrin köməyi ilə əldə edir. Komandan 6 min ABŞ əsgərinin hər dəfə Hörmüz boğazını keçərkən böyük qorxu hissi yaşadığını vurğulayıb və deyib ki, qorxan insan İran üçün heç bir təhlükə ola bilməz. Hacızadə qorxu mühitinin İslam Respublikası sahillərindəki 430 qanadlı "Tomoqavk" raketi ilə silahlanmış hərbi gəmilərdə də müşahidə olunduğunu diqqətə çatdırıb.


Qeyd edək ki, hazırda Fars körfəzində ABŞ-ın iki nəhəng hərbi gəmisi keşik çəkir. Ekspertlər zərurət yarandığı hallarda onlardan atılacaq mərmilərin İranın nüvə obyektlərini tamamilə yerlə-yeksan edə biləcəyini vurğulayırlar./168.az/

Bütün xəbərlər Facebook səhifəmizdə