Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Ordumuzun mövqeləri yenidən atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 27-də saat 15:30-dan 15:35-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:05-dən 19:10-dək, 22:45-dən 22:50-dək və aprelin 28-də 05:15-dən 05:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə