Zaqatalada silah-sursat tapılıb
Zaqatalada silah-sursat aşkar edilərək götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Aşağı Tala kəndi ərazisindən 1 ədəd \"AKM\" avtomatı, 6 ədəd qumbara, 1 ədəd tüstüverici şaşka, 1 ədəd süngü bıçağı, 335 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə