Qəbələ RLS-lə bağlı müzakirələr hansı mərhələdədir?

Qəbələ RLS-lə bağlı müzakirələr hansı mərhələdədir?

Rusiya mətbuatı tərəflər arasında razılaşma əldə olunduğunu qazır


Rusiya Qəbələ RLS-dən Türkiyə əleyhinə istifadə etməyəcəyi ilə bağlı zəmanət verməlidir. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Belə ki, bu rəsmi Bakının Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiyaya qarşı yeni şərtində öz əksini tapıb.


Mənbə bildirib ki, tərəflər arasında RLS-in icarə haqqı artıq razılaşdırılıb. Yalnız bu məsələ ətrafında müzakirələr gedir.


Xatırladaq ki, icarənin müddəti 2012-ci ilin dekabrın 24-də bitir. Rusiya icarə müddətini 2025-ci ilədək artırmaq niyyətindədir. Mənbə məlumat verir ki, rəsmi Bakı Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarəsinə görə Rusiyadan 7 milyon dollar əvəzinə 300 milyon dollar tələb etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə