Musa Qasımlı: “Xarici ölkələrin diplomatik səfirlikləri öz yerlərini bilməlidirlər”

Musa Qasımlı: “Xarici ölkələrin diplomatik səfirlikləri öz yerlərini bilməlidirlər”
\"Azərbaycan azad, demokratik bir ölkədir. Bizdə çoxpartiyalılıq sistemi formalaşıb və dövlətimiz çoxpartiyalı siteminin inkişafı üçün ciddi addımlar atır\". Bunu SƏSTV-yə açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər buna bariz sübutdur:


"Bu məsələlərə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, digər nümayəndələrinin qarışması qətiyyən yolverilməzdir. Belə ki, bu diplomatik fəaliyyətə dair Vyana konvensiyası ilə bir araya sığmır. Səfir hər hansı bir bir ölkədə öz ölkəsinin maraqlarını təmsil edir və daxili işlərə qarışmamalıdır. Azərbaycanda çoxpartiyalı sistemi ölkəmizin daxili tələbatından irəli gəlir. Bu xarici göstəriş və amillərlə bağlı deyil. Azərbaycanın seçdiyi demokratik inkişaf yolu xalqın öz tələbi ilə reallaşıb. Hesab edirəm ki, xarici ölkələrin diplomatik səfirlikləri öz yerlərini bilməlidirlər. Onlar birmənalı şəkildə anlamalıdırlar ki, səlahiyyətlərinə nələr daxildir\".


Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan dövlətinin və xalqının ən böyük problemi Dağlıq Qarabağ münaqişəsinin həllidir: " Bizim hər birimizi bu məsələlər düşündürməlidir. Məsələnin digər tərəfi Azərbaycanın son ildə misli görünməmiş inkişaf yolu keçməsidir. Onların əsas məqsədi Azərbaycana təzyiq göstərərək ölkəmizin inkişafının qarşısının alınmasıdır. Məhz bu yöndə dövlətimizə qarşı müxtəlif səpkili, təxribat xarakterli planlar cızılır. Onlar daima çalışırlar ki, Azərbaycanın daxilində xaos, anarxiya, özbaşınalıq yaratsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə