Cümşüd Nuriyev: “Bu, Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhd kimi dəyərləndirilir” - AÇIQLAMA
Onun sözlərinə görə, müxalifətin mayın 6-da keçirəcəyi mitinqlərin \"pərdə arxasımda\" Bakıda keçiriləcək "Avroviziya" beynəlxaq mahnı müsabiqəsinin Ermənistanın planı ilə və həmin planın da arxasında dayanan Rusiya və İranın vasitəçiliyi ilə buna mane olmaq və bundan öz siyasi maraqları naminə istifadə edilməsi dayanır: "İstər "Euronews", istərsə də Türkiyə kanallarında göstərilən və Avropa üçün də maraqlı olan əsas məsələ ilk növbədə azadlıqdır. Azadlıq istəyən siyasi partiyaların da məntiqi təfəkkürü siyasi savadsızlıqdan qaynaqlanır. Bu bir növ Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhd kimi dəyərləndirilir".
Politoloq hesab edir ki, radikal düşərgənin üzvləri həddindən artıq savadsızdılar: "Almaniya səfirinin Azərbaycanda İctimai Palata deyilən qeyri-qanuni, dövlət qeydiyyatı olmayan bir təşkilatın nümayəndələri ilə görüşməsi məqbul hesab olunmur. Bu görüşdə AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qənbərlə bərabər DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Qərbi Azərbaycan İcmasının təmsilçisi Köçəri Nağıyev və Lalə Əliyevanın iştirakı və səfirlərin bu tərkibi seçməsi ilk növbədə ölkəmizin daxili işinə qarışmağa hesablanıb. 1961-ci il Vyana Konvensiyasının müddəalarına görə, hər hansı bir ölkənin səfiri təmsil etdiyi ölkənin əlaqədar işləri ilə məşğul ola bilər. Onlar yalnız Azərbaycan-Almaniya, Azərbaycan-Litva və digər ölkələrlə ikitərəfli məsələləri araşdıra bilərlər. Çoxtərəfli məsələlərin araşdırılmasına onların səlahiyyəti çatmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB