Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezidenti dəstəkləyir - RƏY SORĞUSU
Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. SİA-nın məlumatına görə, bunu "Rəy" Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ictimai rəy sorğusunun nəticələri təsdiqləyir.
Mərkəzdən bildiriblər ki, sorğunun nəticələrinə görə, əgər qarşıdan gələn bazar günü ölkədə prezident seçkiləri keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 91 faizə yaxını dövlət başçısı İlham Əliyevə səs verərdi.
"İlham Əliyev sizin maraqlarınıza cavab verirmi?" sualını respondentlərin 87 faizi "bəli, cavab verir", - deyə cavablandırıb.
Həmçinin məlum olub ki, qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, respondentlərin əksəriyyəti – 77 faizi birmənalı olaraq səsverməyə qatılardılar.
Sorğu yaşı 18 və yuxarı olan 1500 nəfər arasında aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB