YAP Yasamal rayon GB-nin sədri 1 saylı Tibb Kollecinin bir qrup aktiv gənci ilə görüşüb

YAP Yasamal rayon GB-nin sədri 1 saylı Tibb Kollecinin bir qrup aktiv gənci ilə görüşüb
Bu gün YAP Yasamal rayon təşkilatının dəyirmi zalında YAP Yasamal rayon GB-nin sədri Bəxtiyar Nəbiyev rayon ərazisindən olan ilk partiya təşkilatlarının gənclər birlikləri ilə görüşləri davam etdirərək 1 saylı Tibb Kollecinin bir qrup aktiv-içtimaiətçi gənci ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, ilk öncə gəncləri salamlayan Bəxtiyar Nəbiyev ölkədə gənclərlə bağlı görülən işlərdən, həyata keçirilən layihələrdən, qəbul olunan proqramlardan bəhs edib və gənclərə bu inkişafı öz bacarıqları çərçivəsində dəstək olmağa çağırıb.

Sonra YAP Yasamal rayon İdarə Heyətinin üzvü Daşqın Qənbərov gənclərin cəmiyyətdəki mühüm rolundan, ölkə rəhbərliyinin onlara göstərdiyi qayğıdan danışıb. D.Qənbərov Azərbaycan Respublikasının bu gün olduğu kimi gələcəkdə də, davamlı inkişaf etməsi üçün gənclərin daha savadlı, daha sağlam, həqiqi vətənpərvər olmalarının tələb olunduğunu vurğulayıb və ölkədə hər üç istiqamətdə gənclərə lazımi şəraitin yaradıldığını, yetərincə dəstək verildiyini söyləyib. Daha sonra YAP Yasamal rayon Gənclər Təşkilatının idarə heyyətinin , ilk partiya təşkilatının sədri Zəhra Ağazadə il ərzində gördüyü işlər barədə məlumat verib. Z.Ağazadə qeyd edib ki, bu gün Azərnaycan sürətlə inkişaf edir. Biz Azərbaycan gəncliyi olaraq bu inkişafı qorumalı və ölkəmizə layiqli vətəndaş olmalıyıq. Bu mənada gənclərimizin milli-mənəvi dəyərlərə sadiq qalaması çox önəmlidir.

Görüş dəyirmi masa ətrafında diskussiya şəklində davam etdirilib. İştirakçı gənclərdən 1 saylı Tibb Kollecinin GB-nin idarə heyətinin üzvləri Sara Əzizli, Türkan İsmayılova, Afət Rəcəbli və başqaları maraqlı təkliflər səsləndiriblər.

Sonda YAP Yasamal GB-nin sədri Bəxtiyar Nəbiyev bütün iştirakçılara müzakirlə aktiv iştiraklarına görə minnətdarlıq etdi və səsləndirilən ideya və təkliflərin gələcək işlərində nəzərə alacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə