Mais Səfərli: “Müxalifətin davranışları Azərbaycan xalqının mənafeyinə uyğun deyil”

Mais Səfərli: “Müxalifətin davranışları Azərbaycan xalqının mənafeyinə uyğun deyil”
\"İctimai Palatada təmsil olunan partiyaların hər biri çox çaşqın bir vəziyyətdədir. Məlum məsələdir ki, gələn il Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək. Müxalifət də uzun illərdir ki, bu seçkilərdə uduzur və xalqın dəstəyini itirə-itirə gedir\". Bunu SİA-ya açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, müxalifətin son sanksiyalaşdırılmış mitinqləri bir daha göstərdi ki, müxalifətin cəmiyyət tərəfindən dəstəyi yoxdur: "Hər dəfə də olduğu kimi radikal düşərgənin mitinqində eyni adamlar iştirak edir. Müxalifət gündəmdə qalmaq üçün bütün üsullara əl atır. Onların xarici Qərb dövlətlərinə tez-tez müraciət etmələri də buna bariz sübutdur. Buradan belə bir sual ortaya çıxır. Bəs, nəyə görə onlar Azərbaycan cəmiyyətinə, iqtidara səslənirdilərsə, şüarları xarici dillərdə yazılmışdı? Bu onu göstərir ki, onlar Azərbaycan cəmiyyətinə deyil, əksinə Qərb dövlətlərinə müraciət edirlər. Bunlar hələ də dərk edə bilmirlər ki, Azərbaycanda hakimiyyətə, partiyalara insanları yalnız və yalnız xalq seçə bilər".


Partiya sədrinin sözlərinə görə, Azərbaycanda əmanətlərin qaytarılması keçmiş SSRİ ərazisinin heç bir ölkəsində bu qədər qaytarılmayıb: "Hesab edirəm ki, onların bu cür davranışları heç də Azərbaycan xalqının mənafeyinə uyğun deyil. Onlar yalnız öz liderlərinin ambisiyaları ilə çıxış edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə