Səfər Əbiyev Ukrayna baş prokurorunun müavini Yuriy Viytevi qəbul edib
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukrayna Baş Prokurorluğu hərbi prokurorluq baş idarəsinin rəisi, baş prokurorun müavini Yuriy Viytevi qəbul edib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə hərbi qanunvericiliyi təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə nazir Səfər Əbiyev ukraynalı qonağı regionda hərbi-siyasi durum və Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırıb.
Qeyd edək ki, görüşdə həmçinin Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB