Milli Məclisin I vitse-spikeri: \"Bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır\" - MÜRACİƏT
\"Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara müraciət edirəm, əgər bəzi müxalifət liderləri ilə görüşlər ölkədə bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa xidmət edirsə, bu bilavasitə Azərbaycanın daxili işinə qarışmaqdır\". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Qanunverici orqanın vitse-spikerinin sözlərinə görə, xarici ölkələrin səfirləri Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ilə əlaqədar söhbət edirlərsə, əlbəttə bu, diplomatiya statusuna sığan məsələ deyil və etikadan kənardır.
\"Biz bu məsələyə biganə qala bilmərik. Azərbaycanda fəaliyyət göstərən diplomatlar nə üçün qaçqın və məcburi köçkünlərlə deyil, ölkədə sabitliyi pozmağa meyl edən qüvvələrlə görüşürlər? Deməli, məqsəd həmin qüvvələri qızışdırmaqdır. Diplomatların istənilən insanla görüşməyə ixtiyarları var. Amma diplomatlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması barədə söhbət aparırlarsa, bu onların statusu ilə bir araya sığmır və etikadan kənardır", - deyə Z.Əsgərov sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB