Ziyafət Əsgərov: \"Xocalı həqiqətləri bütün dünyaya yayılacaq\"

Ziyafət Əsgərov: \"Xocalı həqiqətləri bütün dünyaya yayılacaq\"

"Artıq Amerika qitəsi ölkələri də Azərbaycanın haqlı mövqeyinə obyektiv və ədalətlə yanaşır. Xocalı hadisələri bütün bəşəriyyətin ən dəhşətli cinayətlərindən biridir. Ermənistan bunu nə qədər pərdələməyə çalışsa da bu, mümkün deyil. Bu həqiqət bütün dünyaya yayılacaq və digər dövlətlər də buna qoşulacaqlar. Biz inanırıq ki, bunun davamı olacaq". SİA-nın verdiyi xəbərə görə, bunu Milli Məclis (MM) sədrinin I müavini Ziyafət Əsgərov deyib.

O, Kolumbiya Senatında Azərbaycanın ərazi bütövlüyünü, Xocalı soyqırımının tanınması barədə qəbul edilən qətnamə barədə danışaraq qeyd edib ki, bu, başda ölkə prezidenti İlham Əliyev olmaqla Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə