Ziyafət Əsgərov: \"Avropa Parlamentinin qəbul etdiyi qətnamə olduqca dəyərli sənəddir” - MÜNASİBƏT

Ziyafət Əsgərov: \"Avropa Parlamentinin qəbul etdiyi qətnamə olduqca dəyərli sənəddir” - MÜNASİBƏT

"Avropa Parlamenti bir sıra beynəlxalq təşkilatlarla müqayisədə bu məsələlərə münasibətdə daha obyektivdir. Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması baxımından olduqca dəyərli sənəddir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclis (MM) sədrinin I müavini Ziyafət Əsgərov deyib.


"Bu Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi birinci qətnamə deyil. 2010-cu ildə də Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçılıq siyasəti barədə qətnamə qəbul etmişdi. Avropa Parlamenti bir sıra beynəlxalq təşkilatlarla müqayisədə, bu məsələlərə münasibəti daha obyektivdir", - deyə Z.Əsgərov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə