Allahşükür Paşazadə Vaşinqtonda konfransda iştirak edəcək

Allahşükür Paşazadə Vaşinqtonda konfransda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də ABŞ-a səfər edəcək. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir. A.Paşazadə aprelin 25-dən 26-dək Vaşinqtonda keçiriləcək "Amerika-Azərbaycan əlaqələri: gələcəyə baxış" mövzusunda konfransda iştirak edəcəkdir. Ölkələrimiz arasında iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın müzakirə olunacağı konfransda mədəni əlaqələr və tolerantlığın möhkəmləndirilməsinə dair məsələlər də gündəmdə olacaqdır. Konfransda iştirak edəcək nümayəndə heyətinə QMİ sədrinin birinci müavini Salman Musayev, Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr İşeyin, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Azərbaycanın Dağ Yəhudiləri İcmasının başçısı M.Yevdayev daxildirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə