\"Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır\" - MÖVQE
"İordaniya istənilən münaqişənin, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasın əleyhinədir". SİA-nın verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan İordaniya Senatı sədrinin I müavini Abdurrauf Ravabdeh jurnalistlərə açıqlamasında deyib.
A.Ravabdeh qeyd edib ki, ölkəsi bütün münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarıdır: "Bu gün İordaniya Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır, biz müharibənin tərəfdarı deyilik. Başqa ölkənin torpaqlarının işğal olunmasının qəti şəkildə əleyhinəyik, bunu pisləyirik. Bu səbəbdən Azərbaycanın haqlı mövqeyini tam olaraq dəstəkləyirik".
Qonaq həmçinin İordaniya Senatının Xocalı soyqırımını tanınması ilə bağlı bildirib ki, bu əvvəlcə iki ölkənin parlamentləri arasında müzakirə olunmalıdır: "Əminəm ki, biz bu məsələdə də müsbət nəticə əldə edib, öz dostluğumuzu dünyaya sübut edə bilərik".
Qeyd edək ki, İordaniya Senatının nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB