İordaniyalı senatorlar Fəxri Xiyabanını və Şəhidlər xiyabanını ziyarət ediblər

İordaniyalı senatorlar Fəxri Xiyabanını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığının Senatı sədrinin birinci müavini Abdurrauf Əl Ravabidənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib


.

Bütün xəbərlər Facebook səhifəmizdə