Aviqdor Liberman: \"İsrail İrana qarşı sanksiyaların genişləndirilməsini vacib sayır\"
İranın öz nüvə iddialarından imtina etməsi üçün bu ölkəyə qarşı sanksiyaları genişləndirmək lazımdır. SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib.
\"Bu, bizim rəsmi mövqeyimizdir\", - XİN rəhbəri deyib. Liberman qeyd edib ki, İsrail İrandakı vəziyyəti və bəyanatları diqqətlə izləyir. \"Biz hesab edirik ki, dünya ictimaiyyətinə \"5+1\" və İran çərçivəsində bütün danışıqlar prosesini tükəndirmək imkanı verməliyik. Sanksiyalar olduqca səmərəli oldu və fikrimizcə, İranın nüvə iddialarından əl çəkməsi üçün bu sanksiyaları genişləndirmək lazımdır\", - Liberman vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB