Seymur Orucov: "Azərbaycan gəncliyi olaraq ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməliyik" - MÖVQE

Seymur Orucov: "Azərbaycan gəncliyi olaraq ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməliyik" - MÖVQE

"Quba məzarlığı, Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı təsdiq edən əyani sübutdur. Bu sübutların olduğu halda ermənilərin özlərinə qarşı "soyqırımın" törədilməsini iddia etmələrinin heç bir əsası yoxdur". Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, dünyada hələ də uydurma "erməni soyqırımı"nın təbliğatı aparılır. Onun sözlərinə görə, bəzi dövlətlərin bu qondarma hadisəni tanıması təəssüf doğurur.

"Ermənistanın həqiqi xislətinin dünyaya tanıdılması üçün Azərbaycan və Türkiyə birgə fəaliyyət göstərir. Bu fəaliyyət sistemli, ardıcıl şəkildə davam etdirilməlidir. Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verməkdədir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir. Təbii ki, Azərbaycan gəncliyi olaraq bizlər ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Bu gün informasiya texnologiyaları yüksək səviyyədə inkişaf edib və onun imkanlarından istifadə edərək əsil həqiqətlərin beynəlxalq aləmə çatdırmaq istiqamətində bütün gücümüzü səfərbər etməliyik", - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə