Liberman Azərbaycandadır
İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda səfərdədir. SİA-nın məlumatına görə, o keçirəcəyi rəsmi görüşlərdə ikitərəfli münasibətləri müzakirə edəcək, Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində iştirak edəcək, Azərbaycanın yəhudi icmasının üzvləri ilə görüşəcək.

Qeyd edək ki, səfər Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə