DİN: \"Ötən il Azərbaycanda 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib\"
Ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2636, o cümlədən satışı ilə bağlı 817 fakt aşkarlanıb, 131 nəfərdən ibarət 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu barədə DİN-in kollegiya iclasında nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib.
Onun sözlərinə görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qanunsuz dövriyyədən 557 kq narkotik vasitə, o cümlədən 164,8 kq həşiş, 52,2 kq heroin, 14 kq tiryək, 298,8 kq marixuana, 27 kq sair vasitələr götürülüb, 28,6 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 366 ton 777 kq olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.
Narkotiklərlə əlaqəli cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 22 xarici ölkə vətəndaşından 53,9 kq müxtəlif növ narkotik vasitə aşkar olunaraq götürülüb. Narkotiklərin külli miqdarda satışı ilə bağlı 2011-ci ildə 392 cinayət aşkar edilib, 295 nəfər, o cümlədən 3 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB