Nazirlər Kabineti KİVDF haqqında qərar qəbul edib

Nazirlər Kabineti KİVDF haqqında qərar qəbul edib
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabineti "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında" qərar qəbul edib. Qərar aprelin 13-dən – imzalandığı gündən qüvvəyə minib.


Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə"nin 16-cı bəndinə əsasən, Müəllif Hüquqları Agentliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında" qərar qəbul edib. Qərar aprelin 17-dən – imzalandığı gündən qüvvəyə minib.


"Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 269-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2005-ci il 31 mart tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.


"Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 269-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Təhsil Sektorunun İnkişafı Layihəsinin "Maliyyələşdirmə və büdcə islahatları" alt komponentinin icrası haqqında" özünün 2007-ci il 22 fevral tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Hər iki qərar aprelin 19-dan – imzalandıqları gündən qüvvəyə minib.


Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə