Neftçala və Hacıqabul EŞ-lərdə birinci rüb ərzində 80 qayda pozuntusu aşkarlanıb
Hacıqabul EŞ-də cari ilin I rübü ərzində 25 qayda pozuntusu faktı aşkar edilərək 327,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 19,7 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 12 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Hər iki müəssisədə ("Neftçala" və "Hacıqabul" EŞ-lərdən) elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil edib və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib. Bərpa edilmiş istehlak dəyərinin ödənişinin tam təmin edilməsi üçün həmin istehlakçılara xəbərdarlıq edilib, bəziləri barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib və hətta cari ilin I rübü ərzində sözügedən müəssisələrin xidməti ərazisində aşkar edilmiş qayda pozuntusuna görə 4 məhkəmə mübahisəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB