Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə tərəfdardır

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə tərəfdardır

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə tərəfdardır və bu siyasət dəyişməz olaraq qalır.

Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Ali Radasının sədri Vladimir Litvin aprelin 19-da Milli Məclisdə jurnalistlər qarşısındakı çıxışında deyib.

V.Litvin bildirib ki, Ukrayna 2013-cü ildən ATƏT-ə sədrlik edəcəkdir. Biz düşünürük ki, hər bir münaqişə sülh yolu ilə həllini tapmalıdır. Ona görə də çalışacağıq ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapsın.

Bütün xəbərlər Facebook səhifəmizdə