FAO-nun Avropa üzrə 28-ci regional konfransı işə başlayıb

FAO-nun Avropa üzrə 28-ci regional konfransı işə başlayıb

Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı işə başlayıb. SİA-nın xəbərinə görə, tədbirə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ev sahibliyi edir. Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, regional konfransın əsas məqsədi 2012-2013-cü illər üzrə FAO-nun region üzrə İş Proqramının və Büdcəsinin təsdiq edilməsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdən ibarətdir.

Nazirin sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanı donor ölkə kimi tanıyır. Belə ki, FAO Azərbaycanın dünyada ərzaq təhlükəsizliyi ilə bağlı dəstəyinə böyük hörmətlə yanaşır: " İndi bu təşkilatda Azərbaycan donor ölkə hesab olunur. Bu əməkdaşlığın daha da inkişafı üçün FAO ilə Azərbaycan arasında bu gün sənəd imzalanacaq. Sənədə əsasən, Azərbaycan digər ölkələrdə kənd təsərrüfatı sahəsində sövdələşmə və maliyyələşmə prosesində iştirak edəcək ki, bununla da ölkəmiz regional səviyyədə ərzaq təhlükəsizliyinə töhfəsini vermiş olacaq. Sənədə əsasən, FAO ilə kənd təsərrüfatının bütün sahələrində əməkdaşlıq nəzərdə tutulur".

Daha sonra çıxış edən FAO-nun baş direktoru Joze Qrasianu da Silva bildirib ki, proqnozlara əsasən, 2050-ci ilə qədər regionda alıcılıq səviyyəsinin, həmçinin taxıl məhsullarının istehlakının azalacağı, ət və süd məhsullarının isə artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, hazırda region üzrə kifayət qədər qidalanmayan əhali 26 faiz, yoxsulluğun səviyyəsi isə 30-70 faiz təşkil edir. Dünyada kifayət qədər ərzağın olmasına baxmayaraq 925 milyon insan alıcılıqdan əziyyət çəkir: "Biz xüsusən yerli səviyyədə elə şərait yaratmalıyıq ki, insanların ərzaq məhsullarının alışı üçün kifayət qədər resurslar və öz alilələri üçün kifayət qədər ərzaq istehlak etmək imkanları olsun. Dünyada alıcılıq qlobal problem ola bilər, lakin insanlar öz şəhərlərində və kəndlərində qidalanmalıdırlar. İndi 1 milyarddan çox insan lazımi mikroelemenetlər qəbul edə bilmir. Eyni zamanda 1 milyard insan piylənmədən əziyyət çəkir. İldə təqribən 1,3 milyard ton ərzağın tullanılmasının qarşısının alınması ərzağın qiymətlərinin aşağı düşməsi, istixanaların azaldılması və insanların sağlamlığının yaxşılaşması ilə nəticələnəcək".

Konfrans çərçivəsində Azərbaycan Hökuməti ilə FAO arasında növbəti illərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün sənəd imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə