Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması ilə əlaqədar olaraq "Sığorta - pensiya sistemi" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, ölkədə aparılan mühüm işlər sahəsində əhəmiyyətli yer tutan məsələlərdən biri sosial pensiya sistemində islahatların həyata keçiriliməsindən ibarətdir: "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası çərçivəsində insanları pensiyalarla daha etibarlı təmin etmək, pensiya sisteminin daha ədalətli metodlarla aparılması, pensiya alanlarla müvafiq orqanlar arasındakı münasibətlərin daha da sivil texnologiya ilə həyat keçirilməsi nəzərdə tutulub. Bununla da müasir pensiya sisteminin yaranmasına təşəbbüs göstərilir\".
Tədbirin davamında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov geniş təqdimatla çıxış edib. O, bildirib ki, ötən dövrdə Azərbaycan sosial müdafiə sisteminin beynəlxalq standartlara əsaslan islahatları nəticəsində sığorta pensiya sistemində mühüm nailiyyətlər əldə olunub.
Qeyd edək ki, "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası çərçivəsində sığorta pensiya sisteminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB