Azərbaycan prezidenti Roma Papası XVI Benediktə təbrik məktubu göndərib
Azərbaycan prezidenti İlham Əliyev Roma Papası XVI Benediktə təbrik məktubu göndərib. SİA-nın məlumatlına görə, təbrikdə deyilir: "Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz ümumbəşəri dəyərlərin təntənəsi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar arzulayır, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB