“Şirvanşahlar Sarayı” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi gücləndirilmiş iş rejiminə keçir
"Şirvanşahlar Sarayı" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Eurovision" mahnı müsabiqəsinə gələcək xarici turistləri və paytaxtın qonaqlarını yüksək səviyyədə qarşılamaq üçün ciddi hazırlıq görür. Qoruq Muzeyinin direktoru Rəna Rzayevanın SİA-ya verdiyi məlumata görə, hazırda saray kompleksin daxili və xarici hissələrində yenidənqurma işləri aparılır. Qonaqların rahat gəzintisinin təşkili istiqamətində bir sıra yeni layihələr təşkil edilir. Belə ki, turistlərin sarayla tanışlığı üçün xarici dilləri bilən bələdçilər xüsusi hazırlıq kursları keçib. "Qonaqları tarixi abidələrimizlə tanış etmək üçün 2 rus dili bilən, 2 ingilis və türk dillərini bilən işçilər hazırlanıb. May ayının birindən Qoruğun bütün əməkdaşları yeni geyimlərlə qonaqları qarşılayacaqlar.
Müsabiqə ərəfəsində insanların vaxtlarını xoş və səmərəli keçirmələri üçün burada mədəni-kütləvi tədbirlər təşkil olunacaq. Eyni zamanda Saray Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq. Belə ki, ayı ərzində saray saat 09:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB