Yevlaxda gənclər üçün treninqlər təşkil edilib - FOTOLAR

Yevlaxda gənclər üçün treninqlər təşkil edilib - FOTOLAR

YAP Yevlax rayon təşkilatı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin geniş təbliği və gəncləri virtual aləmdə ölkəmizi layiqli şəkildə təmsil etməsi məqsədilə gənclər üçün İKT sahəsində treninq kurslər təşkil edib.

SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin adına Muzeydə olublar. Ulu öndərin büstü qarşısına gül dəstələri qoyaraq muzeylə tanış olublar.

Sonra Yevlax Şəhər Mərkəzi Elektron Kitabxanasında treninq kurslara start verilib. Toplantını YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev açaraq bildirib ki, bu gün ölkəmiz dünyaya inteqrasiya edir: "Prezidentin xüsusi diqqəti ilə ölkəmizdə gənclərə yaradılan bütün şərait biz gəncləri daha yaxşı işləməyə, ölkəmizi bütün sahələrdə laiqli şəkildə təmsil etməyə sövq edir.

İnanırıq ki, YAP Yevlax Rayon Təşkilatının təşkil etdiyi kurslar ölkəmizin virtual aləmdə geniş təmsil olunmasına öz töhvəsini verəcəkdir. Gənclərdə olan bu cür yüksək əhval-ruhiyyə onu göstərir ki, bütün ölkə gəncləri kimi Yevlax gəncləri də Prezidentin uğurlu siyasətini dəstəkləyir və onun atdığı addımlarla irəliləməkdədir.

Sonra YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edib. Natiq əvvəlcə gəncləri təbrik edərək kursun işinə uğurlar arzulayıb. O, vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı xüsusilə də gənclər öz vətəndaşlıq borcunu dövlətinə sədaqəti, yüksək xidməti ilə göstərməkdədir. Bu gün İlham Əliyevin yevlaxlılara, xüsusi ilə də siz gənclərə bəslədiyi etimadı gərək siz əməli işinizlə doğruldasınız. Bu istiqamətdə aparılan hər bir işdə YAP Yevlax rayon Təşkilatı sizi dəstəkləyir, gənclərlə birgədir".

Sonra kursun ilkin mərhələsi olaraq mühazirələrə start verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə