Bu gün Vaşinqtonda ABŞ-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün Vaşinqtonda ABŞ-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasa Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats sədrlik edəcək.
İclasda iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, müəllif hüquqlarının qorunması, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, dövlət investisiya strategiyası, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB