Prezident İlham Əliyev BP şirkətinin icraçı direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub.
BP şirkətinin icraçı direktoru Robert Dadli \"Şahdəniz\" yatağının işlənilməsi layihəsinin 2-ci fazası və icrada olan digər layihələrin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verib. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB