Azərbaycanın xarici işlər naziri Brüsselə gedir

Azərbaycanın xarici işlər naziri Brüsselə gedir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 19-da keçiriləcək NATO-nun Şimali Atlantika Şurasının ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) töhfə verən dövlətlərin xarici işlər nazirləri ilə iclasında iştirak etmək məqsədilə Belçika Krallığına səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E. Məmmədyarovun tədbir çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə